“Report” Palataya istinadən iclasda Şura üzvləri və Şura yanında Komitə sədrləri iştirak ediblər.
İclas iştirakçıları aşağıdakı məsələləri müzakirə edərək müvafiq qərarlar qəbul edib:
- "Kölgə iqtisadiyyatı"nın azaldılması istiqamətində kompleks tədbirlər sisteminin “Strateji Yol Xəritəsi” çərçivəsində işlənib hazırlanması;
- Şura yanında Keyfiyyətə nəzarət üzrə komitənin müfəttişlərinin siyahısının təsdiq edilməsi;
- “Auditor təşkilatları və sərbəst auditorlar tərəfindən aparılmış auditlərin keyfiyyətinə kənar nəzarətin həyata keçirilməsi üzrə 2020-ci il üçün Plan-qrafik”in təsdiq edilməsi;
- “Audit komitələri haqqında” Əsasnamənin yenidən işlənməsi;
- Beynəlxalq Mühasiblər Federasiyasına (IFAC) təqdim edilmiş fəaliyyət planının icrası ilə əlaqədar məlumatların hazırlanması və göndərilməsi;
- Ölkə ərazisində göstərilən auditor xidmətlərinin dəyərinin tövsiyə olunan minimum hədlərinə yenidən baxılması;
- “Auditor təşkilatları və sərbəst auditorlar tərəfindən auditor xidməti müqaviləsinin bağlanılmasına dair Auditorlar Palatasının məlumatlandırılması Qaydası”na riayət edilməsi.