“Son dövrlərdə keçirilən forumların əsas foksu rəqəmsal iqtisadiyyat, rəqəmsal ekosistemi və bu sahələrin təhlükəsizliyini təmin etməldir”.
“Report” xəbər verir ki, bunu Bakıda keçirilən “Nağdsız iqtisadiyyat: etibarlı, təhlükəsiz və dayanıqlı” mövzusunda 5-ci Beynəlxalq Bankçılıq Forumunda “Azərbaycan Banklar Assosiasiyası” (ABA) İctimai Birliyinin sədri Zakir Nuriyev deyib.
“Bunun əsas səbəbi texnoloji nailiyyətləri tətbiq etməklə 4-cü sənaye inqilabı dövrünə uyğunlaşmaqdır. Son illərdə pandemiya ilə bağlı yaranan çətinliklər rəqəmsal iqtisadiyyata keçidi vacib edir. Qeyd etdiyimiz təsirlər istehlakçılarən xərcləmə modellərində də əhəmiyyətli dəyişikliklərə gətirib çıxarıb. 2020-ci ildə qlobal miqgsada nağdsız ödənişlər 6% artıb. Son dövrlərdə rəqəmsal ödənişlərə, xüsusən elektron pul qablarına maraq artıb. Araşdırmalara əsasən, ani ödənişlər və elektron pul kisələri vasitəsi ilə həyata keçirilən nəğdsiz ödənişlərin ümumi ödənişlərdəki payı 2020-ci ildə 14, 5% təşkil edib. 2025-ci ilə qədər bu rəqəmin 25%-ə yüksələcəyi gözlənilir”, - deyə o, qeyd edib.