Bakı. 24 iyun. REPORT.AZ/ “Audatex-Azerbaijan” MMC İcbari Sığorta Bürosuna (SB) 5%-lik iştirak payı satmaq üçün təşkilati-hüquqi formasını dəyişməyəcək. “Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında şirkətin icraçı direktoru Zakir Kərimzadə deyib.
Onun sözlərinə görə, bu sövdələşmə üçün İSB sadəcə “Audatex-Azerbaijan”ın təsisçilərindən biri olacaq.
“Gələcəkdə sığorta şirkətlərinin də “Audatex-Azerbaijan”dan pay alması mümkündür”, – deyə Z.Kərimzadə qeyd edib.