“Yelo Bank”ın səhmdarlarının yığıncağı keçiriləcək

Maliyyə
  • 10 iyun, 2022
  • 05:05
“Yelo Bank”ın səhmdarlarının yığıncağı keçiriləcək

Iyulun 25-də, saat 11:00-da “Yelo Bank” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

“Report” xəbər verir ki, yığıncaq bankın Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsi, 81k ünvanında yerləşən baş ofisində olacaq.

Yığıncağın gündəliyinə "Yelo Bank"ın kənar auditorunun təsdiqlədiyi və Bankın Audit Komitəsinin təklif etdiyi 2021-ci il üzrə maliyyə hesabatının təsdiq edilməsi və digər məsələlər daxildir.

Xatırladaq ki, "Yelo Bank" 1994-cü ildən fəaliyyət göstərən "Nikoil Bank" ASC-nin bazasında 2019-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 378 milyon manatdır. Bankın səhmlərinin 95,68 %-i “Topaz Investments Limited” QSC-yə, 4,22 %-i Marina Kulişovaya (Bankın Müşahidə Şurasının sədri, həm də əsas səhmdarın direktoru), 0,1%-i isə "İSR Holdinq” MMC-yə məxsusdur.

Son xəbərlər

Bütün Xəbər Lenti