"Yelo Bank"dan fərdi sahibkarlara növbəti dəstək

"Yelo Bank"dan fərdi sahibkarlara növbəti dəstək "Yelo Bank" ASC Özünüməşğulluq Proqramı çərçivəsində daha 2 vətəndaşa fərdi sahibkarlıqla məşğul olmaq üçün dəstək olub
Maliyyə
29 Mart , 2021 16:32
Yelo Bankdan fərdi sahibkarlara növbəti dəstək

Sosial layihələrə xüsusi diqqət ayıran "Yelo Bank" ASC Özünüməşğulluq Proqramı çərçivəsində daha 2 vətəndaşa fərdi sahibkarlıqla məşğul olmaq üçün dəstək olub.

Bank Vətən müharibəsi qazisi Xələfov Ramil və şəhid atası Rəhimov Rabilə heyvandarlıq fəaliyyətinə olan maraqlarını reallaşdırmağa və şəxsi bizneslərini qurmağa yardım edib. Nəticədə Ramil bəy xırdabuynuzlu heyvandarlıqla məşğul olmağa başlayıb, Rabil bəy isə ferma sahibi olub.

Özünüməşğulluq Proqramı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Mərkəzi Bankı və "Azərbaycan Banklar Assosiasiyası" İctimai Birliyi arasında imzalanan Memoranduma əsasən həyata keçirilir. Sosial proqramın şərtlərinə uyğun olaraq fərdi sahibkarlıqla məşğul olmaq istəyən və həssas qruplara aid olan vətəndaşlar istehsal və ya xidmət avadanlığı ilə təmin olunur. Məqsəd həmin şəxslərin kiçik ailə bizneslərini qurmaqlarına və yaxud mövcud bizneslərini inkişaf etdirmələrinə dəstək olmaqdır.

Özünüməşğulluq proqramına ilk qoşulanlardan olan Yelo Bank bu tip sosial layihələrin reallaşdırılmasının əhəmiyyətini anlayır və bu özünəməşğulluq proqramına dəstək olmağa davam edəcək.

Son xəbərlər

Orphus sistemi