“Xalq Bank”a məxsus kartlardan silinən vəsaitlər geri qaytarılıb

Maliyyə
  • 04 oktyabr, 2019
  • 14:18
“Xalq Bank”a məxsus kartlardan silinən vəsaitlər geri qaytarılıb
Report

“Xalq Bank” ASC müştərilərinə müraciət edib.

“Report”un məlumatına görə, müraciətdə bildirilir ki, bu gün texniki nasazlıqla əlaqədar müştərilərin kart hesablarından vəsaitlərin silinməsi halları baş verib.

“Nasazlıq aradan qaldırılıb, balansınız bərpa olunub. Narahatlığa görə üzr istəyirik”, - deyə müraciətdə qeyd olunub.