Vüsal Şıxəliyev: "Azərbaycan kredit almağın asanlığına görə 190 ölkə arasında 1-cidir"

Vüsal Şıxəliyev: "Azərbaycan kredit almağın asanlığına görə 190 ölkə arasında 1-cidir" “Maliyyə bazarlarının inkişafı və kreditlərin əlçatanlığı” işçi qrupunun irəli sürdüyü təşəbbüslərə və müvafiq tədbirlərin icrası istiqamətində əldə edilən nailiyyətlərə görə, Azərbaycan Dünya Bankının "Doing Business" hesabatında kreditlərin əldə edilməs
Maliyyə
18 İyul , 2024 16:05
Vüsal Şıxəliyev: Azərbaycan kredit almağın asanlığına görə 190 ölkə arasında 1-cidir
Vüsal Şıxəliyev

“Maliyyə bazarlarının inkişafı və kreditlərin əlçatanlığı” işçi qrupunun irəli sürdüyü təşəbbüslərə və müvafiq tədbirlərin icrası istiqamətində əldə edilən nailiyyətlərə görə, Azərbaycan Dünya Bankının "Doing Business" hesabatında kreditlərin əldə edilməsinin asanlığına görə 190 ölkə arasında 1-ci yerə çıxıb.

"Report" xəbər verir ki, bunu Prezident Administrasiyasının (PA) İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın katibliyinin rəhbəri Vüsal Şıxəliyev “Maliyyə bazarlarının inkişafı və kreditlərin əlçatanlığı” işçi qrupunun iclasında bildirib.

"Bu, həmin sahənin inkişafında kifayət qədər baza yaradıldığını göstərir, bizə kreditlərin əlçatanlığı sahəsində əldə etdiyimiz yüksək nəticənin maliyyə sektorunun digər alt komponetlərində də əldə edilməsi üçün stimul verir və görülən işlərin prioritetlərini müəyyənləşdirir", - de'y o qeyd edib.

"İşçi qrupu bu ilin əvvəlindən başlayaraq Dünya Bankının yeni metodoloji sənədinə əsasən, diaqnostika həyata keçirir, paralel olaraq özəl sektorda da sorğular aparır. Əldə edilmiş məlumatlar və aparılmış təhlillər nəticəsində yeni istiqamətləri özündə əks etdirən Yol Xəritəsi komissiyaya təqdim edilib. Komissiya sədrinin təsdiq etdiyi bu sənəddə əks olunmuş tədbirlərin bir çoxu bilavasitə maliyyə bazarlarının inkişafına və inklüziv maliyyə xidmətlərinin yaradılmasına töhfə verəcək", - deyə PA rəsmisi əlavə edib.

Son xəbərlər

Orphus sistemi