Azərbaycanın sığorta sektorunda elektronlaşma zamanı hansı məqamlara diqqət yetirilməlidir?
- 23 may, 2024
- 16:27
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanın sığorta sektorunda hər şey mütləq qaydada elektronlaşmalı deyil.
"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sığorta nəzarəti departamentinin direktoru Vüsal Qurbanov Bakıda keçirilən Katastrofik Risklərə Qarşı Dayanıqlı Maliyyə Sistemi Konfransında bildirib.
Onun sözlərinə görə, sığorta sektorundakı elektonlaşma şirkətləri sığortanın ruhundan uzaqlaşdırır.
“Lakin biz sığortaçılar bunu unutmalı deyilik. Bu, sığorta razılaşmasının bir bəyan əsasında olması ilə bağlıdır. Şirkətlər getdikcə bəyanın elektron formasına keçir. Bu, əlbəttə ki, müsbət haldır. Ancaq eyni zamanda unutmamalıyıq ki, bəyan çox önəmlidir. Çünki yanlış bəyan sizə qarşı olan xoş niyyəti pozur. Nəticədə sabah sığorta halı baş verəndə siz öz öhdəliyinizi eyni reflekslə icra edirsiniz”, - deyə o qeyd edib.
Onun sözlərinə görə, şirkətlər sığortaçıların bəyan etmə imkanlarını genişləndirməli və bunu təşviq etməlidir:
“Yəni hər şey mütləq qaydada elektonlaşmalı deyil. Məsələn, İngiltərə təcrübəsinə nəzər salsaq görərik ki, sığorta sektorundan bəzi şeylər elektonlaşmayıb. Məqsəd daha əvvəl dediyim kimi sığortanın ruhunda olan bəyana toxunmamaqdır. Çünki məhz bəyan əsasında sığortalanma olmalıdır”.