Vüsal Qasımlı: “Bank sektorunda likvidlik normanı 2 dəfə üstələyir”

Vüsal Qasımlı: “Bank sektorunda likvidlik normanı 2 dəfə üstələyir” Azərbaycanda maliyyə sektorunun mühüm hissəsini təşkil edən bank sektorunda kapitallaşma və likvidlik səviyyəsi normanı 2 dəfə üstələyir.
Maliyyə
24 Noyabr , 2022 09:14
Vüsal Qasımlı: “Bank sektorunda likvidlik normanı 2 dəfə üstələyir”
Vüsal Qasımlı

Azərbaycanda maliyyə sektorunun mühüm hissəsini təşkil edən bank sektorunda kapitallaşma və likvidlik səviyyəsi normanı 2 dəfə üstələyir.

"Report" xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı özünün rəhbərlik etdiyi qurumun, eləcə də "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin və Azərbaycan Mərkəzi Bankının dəstəyi ilə, “Mastercard” beynəlxalq ödəniş sistemi ilə əməkdaşlıq çərçivəsində Bakıda keçirilən VI Beynəlxalq Bankçılıq Forumunda bildirib.

“Son 10 ildə bank aktivlərinin ümumi daxili məhsulda (ÜDM) payı 26,8 %-dən 44,3 %-ə yüksəlib. İqtisadiyyata kredit qoyuluşları 9,9 milyard manat artaraq 17,1 milyard manata çatıb”, - o deyib.

V. Qasımlı xatırladıb ki, “2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda bankçılığın əsas inkişafı istiqamətləri müəyyən edilib: "Ümumilikdə bankçılığın inkişafını sürətləndirməyi və yeni keyfiyyət dəyişikliklərini hədəfləyən bu tədbirləri qiymətləndirməyə imkan verən 3 səviyyədə indikator göstərilib: 11 ilkin nəticə indikatoru, 16 aralıq nəticə indikatoru, 10 yekun nəticə indikatoru.

Strategiyaya əsasən bank sektoru üzrə aktivlərin hər il 8 %, kredit portfelinin hər il 10 %, o cümlədən biznes kreditlərinin hər il 6 %, mikro, kiçik və orta biznesə verilən kreditlərin hər il 15 %, sığorta bazarının isə hər il 10 % artması gözlənilir.

Həmçinin korporativ qiymətli kağızlar bazarının dərinliyinin artırılması üzrə normativ hüquqi bazanın təkmilləşdirilməsi, institusional inkişafı və infrastruktur imkanlarının genişləndirilməsi ilə 2026-cı ilin sonuna kimi ölkədə iki investisiya fondunun fəaliyyət göstərməsi proqnozlaşdırılır”.

Son xəbərlər

Orphus sistemi