Vüqar Gülməmmədov: "Dövlət orqanlarında hesabatlılıq və şəffaflıq üzrə irəliləyişlər var"

Vüqar Gülməmmədov: "Dövlət orqanlarında hesabatlılıq və şəffaflıq üzrə irəliləyişlər var" Hesablama Palatasının apardığı auditlər və təhlillər dövlət orqanlarında hesabatlılıq və şəffaflıq üzrə irəliləyişlərin olduğunu göstərir.
Maliyyə
6 Yanvar , 2025 13:15
Vüqar Gülməmmədov:  Dövlət orqanlarında hesabatlılıq və şəffaflıq üzrə irəliləyişlər var
Vüqar Gülməmmədov

Hesablama Palatasının apardığı auditlər və təhlillər dövlət orqanlarında hesabatlılıq və şəffaflıq üzrə irəliləyişlərin olduğunu göstərir.

Bunu "Report"a müsahibəsində Palatanın sədri Vüqar Gülməmmədov bildirib.

"Məsələn, əvvəlki illərlə müqayisədə büdcənin icrası barədə və satınalmalara dair hesabatların əsasən vaxtında təqdim olunması, malların, iş və xidmətlərin “Dövlət satınalmaları haqqında” qanunda göstərilmiş prosedur və metodlar tətbiq olunmaqla alınmasının genişləndirilməsi, büdcənin icrası barədə hesabatların müəyyən edilmiş tələblərə uyğun tərtibi, məcburi auditin predmeti olan müəssisələr üzrə auditin təmin edilməsi və auditor rəyi ilə birlikdə maliyyə hesabatlarının dərc olunması irəliləyiş olan istiqamətlər kimi qeyd edilə bilər", - deyə o qeyd edib.

Bununla yanaşı, onun sözlərinə görə, dövlət auditinin nəticələri dövlət orqanlarının hesabatlılığında hələ də təkmilləşdirilməli sahələrin olduğunu göstərir: "Buraya uçotun ölkədə qəbul edilmiş beynəlxalq maliyyə hesabatları çərçivəsinə uyğun olaraq aparılmasını, maliyyə hesabatlarının maliyyə hesabatlılığı çərçivəsinə (IFRS və ya IPSAS) uyğun tərtibi və vaxtında təqdim olunmasını, dövlət sektoru qurumlarının daxili nəzarət mexanizmini gücləndirməsini aid edə bilərəm. Bu fəaliyyətlər üçün qurumlarda müvafiq bilik və bacarıqlara malik olan əməkdaşların artırılması da çox vacibdir".

V.Gülməmmədovla müsahibəni buradan oxuya bilərsiniz.

Son xəbərlər

Orphus sistemi