Bakı. 19 dekabr. REPORT.AZ/ "VTB Group" istənilən Rusiya bankının müştərilərinə MDB və Gürcüstandakı VTB banklarının kartlarına sürətli pulköçürmə imkanı verən layihə reallaşdırıb. Layihə “Multikarta” prosesinq şirkətinin dəstəyi ilə həyata keçirilib.
“Report” bu barədə “Bank VTB (Azerbaijan)”ASC-yə istinadən xəbər verir.
Beləliklə, bundan sonra “Bank VTB (Azerbaijan)” plastik kart sahibləri onlara göndərilən pulları kart vasitəsi ilə ala biləcək və banklara gəlməyə vaxt itirməyəcək. Əməliyyatı həyata keçirmək üçün müştərilərə bankın saytındakı xüsusi bölmədə köçürmənin məbləğini göstərmək və vəsaiti göndərənin və alanın kart rekvizitlərini əlavə etmək kifayətdir. Vəsait kart hesabının valyutasında köçürülür və hesaba oturulur. Bununla da pul vəsaitini alan şəxsə konvertasiya etməyə ehtiyac qalmır.
Əməliyyatın gün ərzində minimal məbləği 100 rubl, maksimal məbləği isə 100 min rubl təşkil edir. Köçürmə zamanı komissiya VTB qrup tariflərinə uyğun tutulur.
Qeyd edək ki, vəsaiti göndərənin də, alanın da kartları "Visa" və ya "MasterCard" ödəniş sistemləri əsasında buraxılmalıdır. Yeni xidmətə