“Viza Kredit” BOKT ötən ili mənfəətlə başa vurub
Maliyyə
- 01 iyul, 2022
- 10:53
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
“Viza Kredit” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2021-ci ili 203 min manat mənfəətlə başa vurub. Halbuki, BOKT 2020-ci ildən 131 min manat zərərlə çıxmışdı.
“Report” xəbər verir ki, bu il yanvarın 1-nə “Viza Kredit”in aktivləri 415 min manat olub ki, bu da illik müqayisədə 42,1% çoxdur. Bunun 233 min manatı müştərilərə verilmiş kreditlərdir. 2021-ci ildə BOKT-un kredit portfeli 16,4% böyüyüb.
Hesabat dövründə "Viza Kredit"in öhdəlikləri 34,2% azalaraq 233 min manata düşüb, balans kapitalındakı 61 min manat çatışmazlıq isə 182 min manat kapitalla əvəzlənib.
Xatırladaq ki, “Viza Kredit” 2011-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1,47 milyon manatdır.
Son xəbərlər
11:23
AMB risk əsaslı nəzarəti maliyyə sektorunun digər seqmentlərinə də tətbiq edəcək
Maliyyə
11:18
ARDNF 9 ayda "Şahdəniz"in işlənməsindən 565 milyon manata yaxın gəlir əldə edib
Energetika
11:17
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb
Hadisə
11:15
ARDNF 9 ayda AÇG-nin işlənməsindən 6,5 milyard manatdan çox gəlir əldə edib
Energetika
11:14
"Mançester Yunayted" və "Liverpul" Feliks Nmeçanı transfer etmək istəyir
Futbol
11:11
Tehranın keçmiş meri "mətbuat azadlığını pozmaqda" təqsirli bilinib
Region
11:08
Dövlət qurumlarında xarici vendorların süni intellekt həllərinin istifadəsinə əlavə tələblər hazırlanır
İKT
11:06
ARDNF-in aktivləri 74 milyard dollardır
Maliyyə
11:04
İdarə rəisi: "Quraşdırılan süni intellektlərin menecmenti aparılmalıdır"
İKT