“Vergi və hesabatlılıq” işçi qrupunun növbəti hədəfləri müəyyən edilib

“Vergi və hesabatlılıq” işçi qrupunun növbəti hədəfləri müəyyən edilib ​​​​​​​Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin DVX) rəhbərlik etdiyi “Vergi və hesabatlılıq” işçi qrupunun növbəti hədəfləri müəyyən edilib.
Maliyyə
3 Oktyabr , 2024 14:14
“Vergi və hesabatlılıq” işçi qrupunun növbəti hədəfləri müəyyən edilib

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin DVX) rəhbərlik etdiyi “Vergi və hesabatlılıq” işçi qrupunun növbəti hədəfləri müəyyən edilib.

“Report” DVX-yə istinadən xəbər verir ki, “Vergi və hesabatlılıq” işçi qrupunun növbəti iclası keçirilib.

İşçi qrupun rəhbəri, Xidmətin rəis müavini İlkin Vəliyev Dünya Bankı tərəfindən təqdim olunan “Business Ready” hesabatının müvafiq “Vergitutma” indikatoru üzrə həyata keçirilən işlər, həmçinin iclasın gündəliyində olan digər məsələlər barədə məlumat verib.

Komissiyanın Katibliyinin rəhbəri, Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri Vüsal Şıxəliyev Yol Xəritəsi üzrə vergitutma sahəsində həyata keçirilən işlərin əhəmiyyətini vurğulayıb, biznes sektorunun aparılan islahatlar, yeniliklər, həmçinin vergi qanunvericiliyində və inzibatçılığında mövcud imkanlar barədə daha intensiv məlumatlandırılmasının zəruriliyini diqqətə çatdırıb.

İclasda “Vergitutma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsinin 1-ci yarımillik ərzində görülmüş işlər, habelə ondan sonrakı dövrdə görülən işlər barədə təqdimat edilib. Qeyd olunub ki, vergi qanunvericiliyinə hazırlanan yeni dəyişikliklərlə bağlı dövlət və özəl sektorla, həmçinin bu sahədə çalışan konsaltinq şirkətləri ilə görüşlər keçirilir.

İclasda ƏDV depozit hesabından dövlət büdcəsinə köçürmələrin reqlamenti də müzakirə edilib. Konsaltinq şirkətlərinin məsələ ilə bağlı yanaşmaları dinlənilib, habelə üzləşdikləri əsas məqamlara ətraflı izahat verilib.

İşçi Qrupun rəhbərinin müavini, DVX-nın Vergi siyasəti Baş İdarəsinin rəisi Nicat İmanov Vergi Məcəlləsinə gözlənilən dəyişikliklərin əsas istiqamətləri barədə iclas iştirakçılarını məlumatlandırıb, habelə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”ndan irəli gələn və bu bölgədə tətbiqi nəzərdə tutulan vergi təşviqləri barədə məlumat verib.

İclasda işçi qrupun üzvləri və konsaltinq şirkətlərinin nümayəndələri onları maraqlandıran məsələlərlə bağlı suallar ünvanlayıblar. Qaldırılan məsələlər barədə izahat verilib, bir sıra təkliflər baxılmaq üçün qeydə alınıb.

Bununla yanaşı, iclasda 2024-cü il üzrə Yol Xəritəsinin hədəfləri ilə bağlı nəzərdə tutulan işlər müzakirə olunub. İşçi qrup ilin sonunadək Yol Xəritəsi üzrə qarşıda duran hədəfləri müəyyən edib, tədbirlərin icrası istiqamətində işlərin sürətləndirilməsi ilə bağlı DVX-nın müvafiq strukturlarına tapşırıqlar verilib.

Xatırladaq ki, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Vergi və hesabatlılıq” işçi qrupuna rəhbərliyi Dövlət Vergi Xidməti həyata keçirir.

Qeyd edək ki, tədbirdə Dövlət Vergi Xidməti, Maliyyə Nazirliyi, Mərkəzi Bank, Dövlət Gömrük Komitəsi, Dövlət Statistika Komitəsi, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Auditorlar Palatası, eləcə də işçi qrupa daxil olan konsaltinq şirkətlərinin nümayəndələri və sahibkarlar iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi