Venesuela Mərkəzi Bankının yeni sədri vəzifəsinə Laura Karolina Gerra Anqulo təyin edilib.
“Report” xəbər verir ki, bu barədə respublikanın “Rəsmi Qəzeti”ndə bildirilib.
Mərkəzi Bankın direktorlar heyətinin tərkibi də yenilənib, heyətə beş maliyyəçi daxil edilib. "Bu qərar yüksəkixtisaslı işçi komandası vasitəsilə ölkənin iqtisadi sabitliyinin təmin edilməsinin vacibliyini təsdiqləyir”, – rəsmi bülletendə qeyd olunub.
Venesuelanın Milli Assambleyası (parlament) cümə axşamı respublikada fövqəladə iqtisadi vəziyyət haqqında fərmanı təsdiqləyib. Dövlət başçısına əlavə səlahiyyətlər verən fərman Venesuelanın iqtisadiyyatını və istehsal sektorlarını ABŞ Prezidenti Donald Trampın administrasiyasının rüsum siyasətindən qorumaq üçün qəbul edilib.