Türkiyənin qızıl-valyuta ehtiyatları 3 mlrd. dollar azalıb

Türkiyənin qızıl-valyuta ehtiyatları 3 mlrd. dollar azalıb Azalma inkişaf etməkdə olan ölkələrdən kapital axını fonunda baş verir
Maliyyə
26 Yanvar , 2017 16:52
Türkiyənin qızıl-valyuta ehtiyatları 3 mlrd. dollar azalıb

Bakı. 26 yanvar. REPORT.AZ/ Türkiyənin məcmu beynəlxalq ehtiyatları 14-20 yanvar həftəsində 2,996 mlrd. ABŞ dolları və ya 2,71% azalaraq 107,563 mlrd. dollara kimi geriləyib.

"Report" Türkiyə Mərkəzi Bankının (TCMB) bu gün açıqlanan həftəlik statistik hesabatına istinadən xəbər verir ki, hesabat həftəsində TCMB-nin qızıl ehtiyatları dəyişməyib və 15,267 mlrd. dollar təşkil edib. Valyuta ehtiyatları isə 2,996 mlrd. dollar və ya 3,15% azalaraq 92,296 mlrd. dollara enib.

Qeyd edək ki, Türkiyənin valyuta ehtiyatlarında azalma lirənin devalvasiyası və kapital axını səbəbindən baş verir. Bu tendensiyanın inkişaf etməkdə olan ölkələrdə daha bir müddət davam edəcəyi gözlənilir. 

Son xəbərlər

Orphus sistemi