Bakı. 19 mart. REPORT.AZ/ "Turanbank" ASC miqrasiya orqanları işçilərinə peşə və Novruz bayramları münasibətilə 19, 29 və 30 mart tarixlərində mövcud istehlak kreditlərinin illik faizlərində 3% endirim edib. Bu barədə "Report"a Bankın mərkəzi ofisindən məlumat verilib.
Göstərilən tarixlərdə "TuranBank"ın istənilən filialına müraciət etməklə qeyd olunan endirimdən yararlanmaq mümkündür. Kredit faizlərində endirim "TuranBank"ın müxtəlif peşə sahibləri üçün nəzərdə tutulan endirimli kampaniyaları çərçivəsində həyata keçirilir.
Hazırda Bankın 16 xidmət nöqtəsi (onlardan 9-u regionlarda) və 17 valyuta mübadilə şöbəsi fəaliyyət göstərir.
Xatırladaq ki, martın 19-u Azərbaycan Dövlət Miqrasiya Xidmətinin yaradıldığı gün - miqrasiya orqanları işçilərinin peşə bayramı günü kimi qeyd olunur.