Taleh Kazımov: "Maliyyə sisteminin yeni çağırışlara uyğunlaşmasında özəl sektor aparıcı rol oynamalıdır"

Taleh Kazımov: "Maliyyə sisteminin yeni çağırışlara uyğunlaşmasında özəl sektor aparıcı rol oynamalıdır" Milli iqtisadiyyatların və maliyyə sistemlərinin yeni çağırışlara uyğunlaşması tendensiyasına və dayanıqlı transformasiyasında dövlət sektoru ilə yanaşı, özəl sektor da aparıcı rol oynamalıdır.
Maliyyə
17 May , 2024 11:37
Taleh Kazımov: Maliyyə sisteminin yeni çağırışlara uyğunlaşmasında özəl sektor aparıcı rol oynamalıdır

Milli iqtisadiyyatların və maliyyə sistemlərinin yeni çağırışlara uyğunlaşması tendensiyasına və dayanıqlı transformasiyasında dövlət sektoru ilə yanaşı, özəl sektor da aparıcı rol oynamalıdır.

"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov "Ambisiyanın artırılması, fəaliyyətin verilməsi: COP29 Davamlı Biznes Forumu"nda deyib.

Onun sözlərinə görə, özəl sektor bir tərəfdən öz biznes modellərini sürətlə iqlim dəyişikliyinə uyğunlaşdırmalı, digər tərəfdən isə dayanıqlı məhsul və xidmətlər yaratmaqla istifadəçilərin davranışlarına təsir edə bilər:

"Milli iqtisadiyyatın transformasiyası ilə bağlı qarşıya qoyulan hədəflərə çatması üçün tənzimləyici qurumların fəaliyyəti mühümdür. Bu fəaliyyət iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən maliyyə sektorunda qabaqcıl beynəlxalq təcrübəyə təşviqat və tənzimləyici funksiyalarına əsaslanır".

Son xəbərlər

Orphus sistemi