Taleh Kazımov: “Maliyyə sektoru İT olmadan inkişaf edə bilməz”

Taleh Kazımov: “Maliyyə sektoru İT olmadan inkişaf edə bilməz” Azərbaycanda maliyyə sektoru informasiya texnologiyaları olmadan inkişaf edə bilməz.
Maliyyə
24 Noyabr , 2022 10:23
Taleh Kazımov: “Maliyyə sektoru İT olmadan inkişaf edə bilməz”
Taleh Kazımov

Azərbaycanda maliyyə sektoru informasiya texnologiyaları (İT) olmadan inkişaf edə bilməz.

“Report” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov rəhbərlik etdiyi qurumun, eləcə də "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin, İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzinin dəstəyi ilə, “Mastercard” beynəlxalq ödəniş sistemi ilə əməkdaşlıq çərçivəsində Bakıda keçirilən VI Beynəlxalq Bankçılıq Forumunda bildirib.

“2020-ci ildə hamımızın ağlında bir sual var idi ki, koronavirus (COVID-19) pandemiyasından sonra iqtisadiyyatımız necə bərpa olunacaq? 2022-ci ildə geosiyasi və qeyri-iqtisadi çağırışlar, inflyasiya problemi, 2023-cü ildə də qlobal iqtisadiyyatın zəifləməsi risklərini artırır. Hazırki qeyri-müəyyən şəraitdə daim inkişaf edəcək sahə İT-dir və maliyyə sektoru bunsuz inkişaf edə bilməz. Biz İT olmadan siyasətimizi həyata keçirdə bilmərik”, - deyə o qeyd edib.

Son xəbərlər

Orphus sistemi