Startaplar üçün vergi güzəştlərinin optimallaşdırılması müzakirə ediləcək

Maliyyə
  • 28 oktyabr, 2021
  • 13:04
Startaplar üçün vergi güzəştlərinin optimallaşdırılması müzakirə ediləcək

Sabah saat 15:00-da Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Maliyyə bazarlarının inkişafı və kreditlərin əlçatanlığı işçi qrupunun növbəti iclası keçiriləcək.

"Report" bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, iclas “Webex” onlayn platforması vasitəsilə baş tutacaq. İclasda işçi qrupun gələn il üzrə Fəaliyyət Planı, startaplar üçün vergi güzəştlərinin optimallaşdırılması imkanlarının nəzərdən keçirilməsi, vençur və kraudfanding mexanizmlərinin hüquqi çərçivəsinin və onlara zəmanət mexanizmlərinin formalaşdırılması və xarici investorların yerli maliyyə bazarına çıxış imkanlarının artırılması üzrə işlərin aparılmasına dair birgə müzakirәlәr aparılacaq.