"Standart Insurance"nin 3,4 min müştərisinə kompensasiya ödənilib

"Standart Insurance"nin 3,4 min müştərisinə kompensasiya ödənilib İcbari Sığorta Bürosu şirkətlə bağlanmış icbari sığorta müqavilələri üzrə öhdəliklərin həyata keçirilməsi ilə bağlı işlərin icrasına məhkəmə qərarının qüvvəyə mindiyi gündən başlamış
Maliyyə
4 Dekabr , 2020 15:51
Standart Insurancenin 3,4 min müştərisinə kompensasiya ödənilib

Mərkəzi Bankın qərarı ilə "Standard Insurance" Sığorta Şirkətinin sığorta fəaliyyəti üzrə lisenziyası ləğv edilmiş və məhkəmənin müflisolma ilə əlaqədar vermiş olduğu qərar 14 sentyabr 2020-ci il tarixdə qüvvəyə minib.

Bu barədə “Report”a İcbari Sığorta Bürosundan bildirilib.

Məlumata görə, qanunvericiliyə uyğun olaraq, İcbari Sığorta Bürosu şirkətlə bağlanmış icbari sığorta müqavilələri üzrə öhdəliklərin həyata keçirilməsi ilə bağlı işlərin icrasına məhkəmə qərarının qüvvəyə mindiyi gündən başlamış və ötən 55 iş günü ərzində 3,4 min zərərçəkən fiziki və hüquqi şəxsə kompensasiya ödənişi həyata keçirilib. Ödənişlərin toplam məbləği təqribən 3,33 mln manat təşkil edib.

Qeyd edək ki, İcbari Sığorta Bürosu "Standard Insurance" Sığorta Şirkəti ilə bağlanan son müqavilə tarixinə qədər baş verməsi ehtimal edilən hadisələrlə bağlı ödənişlərin həyata keçirilməsini davam etdirəcəkdir.

Xatırladaq ki, İSB-nin fəaliyyət dövründə bu ikinci haldır. 2017-2018-ci illər üzrə "Alfa Sığorta" şirkətinin iflası nəticəsində Qurum tərəfindən təqribən 180 hadisə üzrə 311 000 manat kompensasiya ödənişi həyata keçirilib

Son xəbərlər

Orphus sistemi