Son 20 ildə Azərbaycanda adambaşına düşən ÜDM 2,9 dəfə artıb

Son 20 ildə Azərbaycanda adambaşına düşən ÜDM 2,9 dəfə artıb Son 20 ildə (2003-2023-cü illərdə) Azərbaycanda adambaşına düşən ümumi daxili məhsulun (ÜDM) dəyəri 2,9 dəfə artaraq 12 min 114,5 manat təşkil edib.
Maliyyə
16 Yanvar , 2024 11:11
Son 20 ildə Azərbaycanda adambaşına düşən ÜDM 2,9 dəfə artıb

Son 20 ildə (2003-2023-cü illərdə) Azərbaycanda adambaşına düşən ümumi daxili məhsulun (ÜDM) dəyəri 2,9 dəfə artaraq 12 min 114,5 manat təşkil edib.

“Report” xəbər verir ki, qeyd edilən dövrdə Azərbaycanda ÜDM-in dəyəri 3,6 dəfə artaraq 7,1 milyard manatdan 123 milyard manata çatıb. Həmçinin neft-qaz sektoru üzrə ÜDM 2,3 milyard manatdan 45,3 milyard manata, qeyri-neft-qaz sektoru üzrə ÜDM isə 3,5 dəfə artımla 4,9 milyard manatdan 77,7 milyard manata yüksəlib.

2003-2023-cü illərdə qeyri-dövlət sektorunun ÜDM-də payı 13,2 faiz bəndi artımla 73,3 %-dən 86,5 %-ə çatıb. ÜDM-də sənayenin payı isə 37,3 %-dən 3,1 faiz bəndi artaraq 40,4 % olub.

Qeyd edək ki, “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” 2003-cü il 24 noyabr tarixli Fərmanı ilə müəyyən edilmiş strategiya ölkənin hərtərəfli inkişafına dair davamlı və sistemli proqramların əsasını qoydu. Həyata keçirilən proqramlar hesabına 20 illik dövrdə iqtisadiyyatın bütün sahələrində artım qeydə alınıb ki, bu ÜDM-də də öz əksini tapıb.

Son xəbərlər

Orphus sistemi