SOCAR yeni istiqrazlarına görə növbəti dəfə faiz ödəyib

SOCAR yeni istiqrazlarına görə növbəti dəfə faiz ödəyib Dövlət Neft Şirkəti (SOCAR) 1 noyabr 2021-ci ildə dövriyyəyə buraxdığı 100 milyon ABŞ dolları dəyərində yeni isitqrazlara görə sayca 11-ci dəfə faiz ödənişi həyata keçirib.
Maliyyə
1 Avqust , 2024 14:11
SOCAR yeni istiqrazlarına görə növbəti dəfə faiz ödəyib

Dövlət Neft Şirkəti (SOCAR) 1 noyabr 2021-ci ildə dövriyyəyə buraxdığı 100 milyon ABŞ dolları dəyərində yeni isitqrazlara görə sayca 11-ci dəfə faiz ödənişi həyata keçirib.

"Report" bu barədə şirkətin törəməsi - "SOCAR Capital" MMC-yə istinadən xəbər verir.

Xatırladaq ki, nomnal dəyəri 1 000 ABŞ dolları olan 100 min ədəd istiqraz 5 il müddətinə tədavülə buraxılıb. Onların illik gəlirliliyi 4,5 %-dir. Faizlər rüblük ödənilir və hər dəfə istiqraz sahibləri 1,125 milyon ABŞ dolları faiz alır. Bu gün növbəti faizlər istiqraz sahiblərinin hesablarına köçürülüb, investorların ümumi qazancı 12,375 milyon ABŞ dollarına yüksəlib. Bu rəqəm müddətin sonunda 22,5 milyon ABŞ dolları təşkil edəcək.

İndiyə qədər SOCAR-ın yeni istiqrazları ilə ümumi dəyəri 47 milyon ABŞ dollarından çox olan təxminən 800 təkrar bazar əməliyyatı aparılıb. Hazırda bu istiqrazlar "Bakı Fond Birjası" QSC-də ən çox ticarət olunan korporativ qiymətli kağızlardır.

İstiqrazları 1 və 5 saylı “ASAN xidmət” mərkəzlərindəki xüsusi köşklərdən və Azərbaycandakı investisiya şirkətlərindən əldə etmək olar.

Son xəbərlər

Orphus sistemi