SOCAR-ın törəmə şirkəti ötən ilin maliyyə nəticələrini açıqlayıb
- 08 iyun, 2023
- 13:48
"Caspian Drilling Company" MMC şirkəti 2022-ci ili 99,745 milyon ABŞ dolları xalis zərərlə başa vurub.
“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 54,9 % çoxdur.
Ötən il "Caspian Drilling Company"nin vergiyəqədərki zərəri 99,239 milyon ABŞ dolları (əvvəlki ilə nisbətən 39,8 % çox), mənfəət vergisi ödəmələri isə 506 min ABŞ dolları (13,1 dəfə az) təşkil edib.
Bu il yanvarın 1-nə "Caspian Drilling Company"nin aktivləri 549,273 milyon ABŞ dolları olub ki, bu da illik müqayisədə 14 % azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 20,5 % artaraq 58,935 milyon ABŞ dolarına çatıb, balans kapitalı isə 16,9 % azalaraq 490,338 milyon ABŞ dollarına düşüb.
“Caspian Drilling Company” (Xəzər Qazma Şirkəti) 1996-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 285,846 milyon ABŞ dollarıdır. Şirkətin təsis paylarının 92,44 %-i Dövlət Neft Şirkətinə (SOCAR), 7,56 %-i isə “Union grand Energy PTE" şirkətinə məxsusdur.