Bakı. 23 oktyabr. REPORT.AZ/ Səudiyyə Ərəbistanı qeyri-rezidentlərə birjada tədavül edən şirkətlərin səhmlərində strateji ortaq olmağı mümkün edən plan üzərində çalışdığını bildirib.
"Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının kapital bazarlarının idarə edilməsi qurumu (CMA) və Baş İnvestisiya İdarəsi (SAGİA) qeyri-rezidentlərə birjada olan şirkətlərdə 10% və ya daha çox olmaq üçün, həmçinin səsvermə haqqı təqdim edən strukturun yaradılması barədə memorandum imzalayıb. Bu qaydaların qanunla qadağan edilən sektorlara şamil edilməyəcəyi bildirilib.
Qeyd edək ki, yeni qaydalar Səudiyyə Ərəbistanının dövlət neft şirkəti "Saudi Aramco"nun da səhmlərinə aid ediləcək. Qaydaların ümummilli islahatlar çərçivəsində aparıldığı deyilir.
Xatırladaq ki, Səudiyyə Ərəbistanının fond birjası indeksi "Tədavül"ün bazar kapitalizasiyası 440 mlrd. dollar olmaqla ərəb ölkələri arasında ən dəyərli birja sayılır.