Azərbaycanda səhmlərini kütləvi təkliflə yerləşdirən şirkətlərə vergi güzəştləri edilə bilər

Azərbaycanda səhmlərini kütləvi təkliflə yerləşdirən şirkətlərə vergi güzəştləri edilə bilər Noyabrın 25-də, saat 15:00-da Biznes mühiti və beynəlxalq reytinqlər üzrə komissiyanın Maliyyə bazarlarının inkişafı və kreditlərin əlçatanlığı üzrə işçi qrupunun “Webex” onlayn platforması vasitəsilə növbəti iclası keçiriləcək.
Maliyyə
18 Noyabr , 2021 12:20
Azərbaycanda səhmlərini kütləvi təkliflə yerləşdirən şirkətlərə vergi güzəştləri edilə bilər

Noyabrın 25-də, saat 15:00-da Biznes mühiti və beynəlxalq reytinqlər üzrə komissiyanın Maliyyə bazarlarının inkişafı və kreditlərin əlçatanlığı üzrə işçi qrupunun “Webex” onlayn platforması vasitəsilə növbəti iclası keçiriləcək.

Report" bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, iclasda sığorta bazarının sağlamlaşdırılması və dayanıqlığının artırılması üçün tənzimləyici çərçivənin təkmilləşdirilməsi, bu sahədə məlumatlılığın artırılması, emissiya prosedurlarının sadələşdirilməsi ilə bağlı infrastruktur və normativ çərçivə, səhmlərini kütləvi təklif üsulu ilə buraxan emitentlərə vergi güzəşti edilməsi, investisiyanın səmərəliliyi ilə bağlı maliyyə savadlılığının artırılması və barədə müzakirәlәr aparılacaq. 

Son xəbərlər

Orphus sistemi