Samir Şərifov: "Gələn il sosialyönümlü xərclərin 2021-ci ilə nisbətən 1,6 dəfə çox olacağı proqnozlaşdırılır"

Samir Şərifov: "Gələn il sosialyönümlü xərclərin 2021-ci ilə nisbətən 1,6 dəfə çox olacağı proqnozlaşdırılır" Gələn il üçün proqnozlaşdırılan dövlət büdcəsinin sosialyönümlü xərcləri 2021-ci ilin eyni göstəricisi ilə müqayisədə 6,313 milyard manat və ya 1,6 dəfə çoxdur.
Maliyyə
25 Noyabr , 2024 12:12
Samir Şərifov: Gələn il sosialyönümlü xərclərin 2021-ci ilə nisbətən 1,6 dəfə çox olacağı proqnozlaşdırılır
Samir Şərifov

Gələn il üçün proqnozlaşdırılan dövlət büdcəsinin sosialyönümlü xərcləri 2021-ci ilin eyni göstəricisi ilə müqayisədə 6,313 milyard manat və ya 1,6 dəfə çoxdur.

“Report” xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, Prezidentin müvafiq tapşırığının icrası istiqamətində növbəti ildə sosial yönümlü xərclərin əsasını təşkil edən əməkhaqlarının, pensiyaların, sosial müavinətlərin və təqaüdlərin artırlması üçün dövlət büdcəsində müvafiq məbləğdə vəsait nəzərdə tutulub: "Əhalinin sosial cəhətdən həssas qruplarının sosial müdafiəsinin gücləndirilməsi və sosial təminat xərcləri üçün gələn il dövlət büdcəsindən 4,812 milyard manat vəsait ayrılacaq. Bu, cari illə müqayisədə 420 milyon manat və ya 9,6 % çoxdur".

Son xəbərlər

Orphus sistemi