Samir Şərifov: "Azərbaycanda bu il 3 sektor nəticə əsaslı büdcəyə keçəcək"

Samir Şərifov: "Azərbaycanda bu il 3 sektor nəticə əsaslı büdcəyə keçəcək" Bu il Azərbaycanda təhsil, kənd təsərrüfatı və ətraf mühitin mühafizəsi pilot sektorlarında nəticə əsaslı büdcəyə keçid mexanizminin tamamlanması planlaşdırılır.
Maliyyə
22 Fevral , 2023 10:53
Samir Şərifov: Azərbaycanda bu il 3 sektor nəticə əsaslı büdcəyə keçəcək

Bu il Azərbaycanda təhsil, kənd təsərrüfatı və ətraf mühitin mühafizəsi pilot sektorlarında nəticə əsaslı büdcəyə keçid mexanizminin tamamlanması planlaşdırılır.

"Report" xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov "Təhsil sektorunda Ortamüddətli Xərclər Çərçivəsinin (OMXÇ) tətbiqi və nəticə əsaslı büdcə mexanizminə keçid" mövzusunda keçirilən seminarda çıxışı zamanı deyib.

"Bu ildən dövlət büdcəsinin idarəedilməsinin təkmilləşdirilməsi istiqamətində ölkədə aparılan islahatlar üzrə pilot sektorlarda nəticə əsaslı büdcəyə keçid mexanizminin tamamlanması və proqram əsaslı büdcənin təkmilləşdirilərək tətbiqi, islahatlar prosesinə səhiyyə, sosial müdafiə və sosial təminat, gənclər və idman, mədəniyyət, turizm sektorlarının da cəlb olunması nəzərdə tutulub", - nazir qeyd edib.

S. Şərifov bildirib ki, bununla əlaqədar cari ildən yeni cəlb olunacaq sektorlarda OMXÇ-nin tətbiqi və nəticə əsaslı büdcə mexanizminə keçid işlərinə başlamağı planalaşdırılır:

"2024-cü ildə artıq yeni cəlb olunan sektorların 2025-2027-ci illər üçün büdcə xərcləri proqram əsasında formalaşdırılacaq. Son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə bir çox sahədə olduğu kimi dövlət maliyyəsinin idarə edilməsinin təkmilləşdirilməsi sahəsində də genişmiqyaslı islahatlar aparılıb. Bu islahatların prioritet istiqamətlərindən biri məhz Ortamüddətli Xərclər Çərçivəsinin tətbiqi və nəticə əsaslı büdcə mexanizminə keçiddir".

Nazirin sözlərinə görə, bu islahatlar üztə pilot sektorlar olaraq təhsil, kənd təsərrüfatı və ətraf mühitin mühafizəsi müəyyən edilib: "Həmin pilot sektorlar üzrə Fəaliyyət Planlarının 2021-ci il üzrə icrasının ilk monitorinqi həyata keçirilib və bu monitorinqin ilkin nəticələrinə və ümumilikdə islahat prosesinin gedişinə dair Maliyyə Nazirliyi tərəfindən silsilə seminarların keçirilməsi planlaşdırılır".

Son xəbərlər

Orphus sistemi