Sahibkarlığın İnkişafı Fondu auditor seçir

Maliyyə
  • 15 iyul, 2024
  • 10:38
Sahibkarlığın İnkişafı Fondu auditor seçir

İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu 2024-cü il üzrə maliyyə hesabatlarının auditi üçün açıq tender elan edib.

“Report” xəbər verir ki, tenderdə iştirak haqqı 350 manatdır.

İddiaçılar təkliflərini avqustun 5-nə qədər SİF-in yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 172 ünvanına təqdim edə bilərlər.

Təkliflərə avqustun 5-də, saat 16:00-da qeyd olunan ünvanda baxılacaq.

44 - Tezliklə