İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu “Koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə veriləcək bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi və kredit faizlərinin subsidiyalaşdırılması” və “Koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin mövcud kredit portfeli üzrə kredit faizlərinin subsidiyalaşdırılması” Qaydalarına əsasən həyata keçirilmiş mexanizmlərin icrasının Qaydalara uyğunluğunun auditi üçün açıq tender elan edib.
“Report” xəbər verir ki, tenderdə iştirak haqqı 250 manatdır.
İddiaçılar ilkin sənədləri aprelin 10-u, saat 17:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə aprelin 18-I, saat 17:00-a qədər fondun Bakı şəhəri, Yasamal rayonu, Abbas Mirz' Şərifzadə küçəsi, 172 ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər.
Təkliflərə aprelin 19-da, saat 17:00-da qeyd olunan ünvanda baxılacaq.