Sahib Məmmədov: "DİM-ə inteqraqsiya dayanıqlı inkişafın maliyyələşdirilməsi üçün mühüm alət olacaq"

Sahib Məmmədov: "DİM-ə inteqraqsiya dayanıqlı inkişafın maliyyələşdirilməsi üçün mühüm alət olacaq" Azərbaycan BMT-nin "Dayanıqlı İnkişaf Məqsədləri"nin (DİM) icrası üzrə növbəti Könüllü Milli Hesabatını 2024-cü ildə təşkil olunacaq Yüksək Səviyyəli Siyasi Forumda təqdim etməyi planlaşdırır.
Maliyyə
21 Sentyabr , 2022 14:05
Sahib Məmmədov: DİM-ə inteqraqsiya dayanıqlı inkişafın maliyyələşdirilməsi üçün mühüm alət olacaq

Azərbaycan BMT-nin "Dayanıqlı İnkişaf Məqsədləri"nin (DİM) icrası üzrə növbəti Könüllü Milli Hesabatını 2024-cü ildə təşkil olunacaq Yüksək Səviyyəli Siyasi Forumda təqdim etməyi planlaşdırır.

"Report" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Bakıda keçirilən "Azərbaycan Qlobal Dayanıqlı İnkişaf Məqsədləri İndeksində" mövzusunda tədbirdə bildirib.

"Ölkədə sosial-iqtisadi, ətraf mühit sahələrini əhatə edən dövlət proqramları, strategiyalar, tədbirlər planları DİM-lərin məqsəd və hədəflərinə uyğunlaşdırılıb. Bu məqsədlə ötən dövr ərzində qəbul olunmuş 30-dan çox dövlət proqramları və tədbirlər planları DİM-lərə inteqrasiya edilib. Xüsusilə qeyd edim ki, Prezident İlham Əliyevin 2021-ci il 2 fevral tarixli sərəncamı ilə "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetləri" təsdiq edilmiş və qarşıdakı onillikdə ölkənin sosial-iqtisadi və ətraf mühitin inkişafı istiqamətində uzunmüddətli təkamül yollarını hədəfləyən beş milli prioriteti müəyyən edilmişdir ki, bu prioritetlərin icrası da DİM-ə öz müsbət töhvəsini verəcək.

Bu sosial-iqtisadi inkişaf modelinin iki mərhələdə: həyata keçirilməsi nəzərdə tutulur. Birinci mərhələ olan 2022-2026-cı illərdə bu modelin 2030-cu ilədək uğurlu reallaşdırılması üçün təməl şərtləri işə salınacaq, 2027-2030-cu illəri əhatə edəcək ikinci mərhələdə isə bu təməl şərtlərin komplementarlığı şəraitində milli iqtisadiyyatın keyfiyyətcə yeni simasının yaradılmasına nail olunacaq", - Sahib Məmmədov bildirib.

O əlavə edib ki, strategiyanın Tədbirlər Planı tamamilə DİM-in məqsəd və hədəflərinə inteqrasiya edilmişdir ki, bu da Azərbaycanda dayanıqlı inkişafın maliyyələşdirilməsi üçün mühüm alət olacaqdır: "Strategiyanın icrası nəticəsində: 2026-cı ilədək ölkə iqtisadiyyatının hər il orta hesabla 3-4 %, qeyri-neft qaz ÜDM-nin isə illik orta hesabla 5 % artımı hədəflənir. “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın reallaşması, həmçinin işğaldan azad edilmiş ərazilərimizə “Böyük qayıdış”ın təmin olunması biznes mühitində ciddi dəyişikliklərə səbəb olacaq və azad edilmiş ərazilərimizin reinteqrasiyası iqtisadiyyata böyük dinamiklik gətirəcək".

Xatırladaq ki, Azərbaycan Birləşmiş Millətlər Təşkilatına üzv dövlətlərin 2015-ci il 25-27 sentyabr tarixlərində Nyu York-da, BMT-nin Baş Qərargahında keçirilən Dayanıqlı İnkişaf Sammitində 2016-2030-cu illər üçün təsdiqlənmiş "Dayanıqlı İnkişaf Məqsədləri" üzrə “2030 Gündəliyi” təşəbbüsünə qoşulub. Azərbaycanın DİM-lər üzrə götürdüyü öhdəliklərin həyata keçirilməsi dövlət siyasətinin ən mühüm tərkib hissələrindən biridir. Bununla əlaqədar hökumət səviyyəsində səmərəli icra mexanizminin formalaşdırılması məqsədilə Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılıb, müxtəlif yerli və beynəlxalq tərəfdaşlarla səmərəli əməkdaşlıq qurulub.

S. Məmmədov bildirib ki, ölkəmiz tərəfindən regionda ilk, dünyada on ölkədən biri olaraq "Dayanıqlı İnkişaf Məqsədləri"nin icrası istiqamətində görülmüş işlərin yekunu kimi BMT-nin Yüksək Səviyyəli Siyasi Forumuna üç Könüllü Milli Hesabat (2017, 2019 və 2021-ci illərdə) təqdim edilib. Sonuncu hesabat 2021-ci ilin iyul ayında BMT-nin müəyyən etdiyi “Dayanıqlı inkişafın sosial-iqtisadi və ətraf mühit aspektlərinin gücləndirilməsi məqsədilə COVID-19 pandemiyasının mənfi təsirlərinin aradan qaldırılması: 2030-cu il Gündəliyinə nail olmaq məqsədilə inklüziv və effektiv sistemin yaradılması” tematik mövzusuna uyğun olaraq təqdim edilib".

Son xəbərlər

Orphus sistemi