S&P: İnkişaf etməkdə olan ölkələrin reytinqlərinin azaldılması gözlənilir

S&P: İnkişaf etməkdə olan ölkələrin reytinqlərinin azaldılması gözlənilir ABŞ-ın Federal Ehtiyat Sistemi (FED), Avropa Mərkəzi Bankı (ECB) və digər böyük mərkəzi bankların istiqraz alışı proqramları bu il inkişaf etmiş ölkələrin kredit reytinqlərinin qorunmasına kömək edəcək.
Maliyyə
27 Yanvar , 2021 17:36
S&P: İnkişaf etməkdə olan ölkələrin reytinqlərinin azaldılması gözlənilir

ABŞ-ın Federal Ehtiyat Sistemi (FED), Avropa Mərkəzi Bankı (ECB) və digər böyük mərkəzi bankların istiqraz alışı proqramları bu il inkişaf etmiş ölkələrin kredit reytinqlərinin qorunmasına kömək edəcək.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə “Standard & Poor's” (S&P) beynəlxalq reytinq agentliyinin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, 2020-ci ildə Böyük 7-lik ölkələrinin borcunun ümumi daxili məhsula (ÜDM) nisbəti 2019-cu illə müqayisədə artsa da, bu, onların kredit reytinqlərində azalmaya səbəb olmayacaq. İnkişaf etməkdə olan 16 ölkənin kredit reytinqi üzrə proqnozları isə "Mənfi"dir. Odur ki, gələcəkdə onların reytinqlərinin azaldılması gözlənilir. O cümlədən Braziliya və Cənubi Afrika kimi borcu sürətlə artan ölkələrin 2023-cü ilə qədər sabitləşməsi gözlənilmir.

Xatırladaq ki, “S&P” son 1 ildə Afrikada 8, Orta Şərqdə 5, Cənubi və Orta Amerikada - Karib dənizi hövzəsində isə 11 ölkənin kredit reytinqini azaldıb.

Son xəbərlər

Orphus sistemi