"S&P" Azərbaycanın sığorta sektoru üçün üç əsas riski açıqlayıb
- 08 aprel, 2022
- 13:06
Yeniliklərdən dərhal xəbərdar olun!
“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanın sığorta sektoru üçün üç əsas risk müəyyən edib.
"Report" xəbər verir ki, bu barədə reytinq agentliyinin "Sığorta Sahəsi və Ölkə Riskinin Qiymətləndirilməsi: Aprel 2022" yenilənmiş hesabatında bildirilib.
Sənədə əsasən, bunlar arasında aktivlərin yüksək riskə məruz qalması, sığorta yığımlarınin azalması perspektivləri və makroiqtisadi risklərdir.
İlk risk qurupu, adətən səhmlər (siyahıya daxil olan və siyahıya alınmayan), daşınmaz əmlak, sabit gəlirli investisiyalar, “BB+” və ya daha aşağı reytinqə malik təşkilatlardakı depozitlərin daxil olduğu yüksək riskli aktivlər kimi qiymətləndirilir.
Söğorta yığımların azaldılması perspektivləri, bazar yetkinliyi və ya sıfıra yaxın (və ya mənfi) real mükafat artımı ilə nəticələnən yüksək inflyasiya səbəbindən yığım artımı üçün yerin olmadığı anlamına gəlir.
Makroiqtisadi risklər - iqtisadi artımın zəifləməsi, tənəzzül, inflyasiya təzyiqləri və valyuta riski kimi mülahizələrə əsaslanan risk faktorudur.
“S&P Global Ratings” 52 ölkəni və dörd qlobal sektoru əhatə edən 102 sığorta sektorunu qiymətləndirib. Agentlik 9 müxtəlif kateqoriyaya təsnif etdiyi hər bir sektorun əsas risklərini sadalayıb. Ölkə riski ən güclüdən (çox aşağı risk) ən zəifə (çox yüksək risk) miqyasda qiymətləndirilir. Sahəvi risklər aşağıdan yuxarıya doğru dörd ballıq şkala ilə qiymətləndirilir.
Sahəvi risklərin təhlili sektordakı valotillik səviyyəsi və mənfəətin davamlılığı ilə bağlıdır. Sahəvi risklərin təhlilində sektorun mənfəətliliyinə təsir edən əsas amil kimi giriş maneələri, bazarın böyüməsi perspektivləri, məhsul riski, institusional struktur qiymətləndirilir.
Qiymətləndirməyə əsasən, Azərbaycanda ölkə riski yüksək, sektor riski isə orta səviyyədədir.
"Risk nə qədər yüksək olarsa, biznes risk profilinə mənfi təsir bir o qədər çox olur. Risklər 1-çox aşağı, 2-aşağı, 3-orta, 4-orta yüksək, 5-yüksək və ya 6-çox yüksək olaraq təsnif edilir", - hesabatda deyilir.