Rusiyadan Azərbaycana pul köçürmələrinin həcmi azalıb

Rusiyadan Azərbaycana pul köçürmələrinin həcmi azalıb Ekspert: "Cari ilin III rübünün sonları – IV rübünün əvvəllərindən etibarən mənfi dinamika azalmağa başlamalıdır"
Maliyyə
235
9 İyul , 2020 09:53
Rusiyadan Azərbaycana pul köçürmələrinin həcmi azalıb

Bu ilin I rübündə Rusiyadan Azərbaycana pul köçürmələri ötən ilin analoji dövrü ilə 29% azalıb.

Plexanov adına Rusiya İqtisad Universitetinin İqtisadi nəzəriyyə kafedrasının dosenti Oleq Çeredniçenko “Report”un Rusiya bürosuna açıqlamasında bu rəqəmin nəyi göstərdiyi və gələcəkdə göstəricilərin necə olacağı barədə danışıb.

“Statistika hər iki ölkənin iqtisadiyyatının üzləşdiyi faktları təsdiqləyir. Bu dövrdə həm əmək haqlarının, həm də işçilərin sayının azalması ilə nəticələnən biznes həcminin kəskin və məcburi məhdudlaşdırılması baş verib. Bundan əlavə, Rusiyada işləyən Azərbaycan vətəndaşları pandemiyanın yayılmasının kəskin dövründə vətənlərinə qayıtmaq məcburiyyətində qalıblar”, - ekspert deyib.

O bildirib ki, yuxarıda sadaladığım hər iki fakt Rusiyadan edilən pul köçürmələrinin həcminə birbaşa təsir göstərib.

"Bu ilin III rübünün sonları – IV rübünün əvvəllərindən etibarən mənfi dinamika azalmağa başlamalıdır. Xəstəliyin ikinci dalğasının qarşısının alına biləcəyi təqdirdə, gələn ilin ilk rübündən tam bərpanı gözləmək olar”, - O.Çeredniçenko söyləyib.