Bakı. 7 dekabr. REPORT.AZ/ Bu ilin noyabr ayında Rusiyanın valyuta ehtiyatları 2,5 mlrd. ABŞ dolları və yaxud 0,55% artaraq 459,6 mlrd. dollardan 462,1 mlrd. dollara yüksəlib.
“Report” bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.
Xatırladaq ki, valyuta ehtiyatları Rusiya Bankına (Mərkəzi Bank) və hökumətə məxsus yüksək likvdli xarici aktivlərdən ibarətdir.