Rusiya Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

Maliyyə
  • 16 iyun, 2017
  • 10:35
Rusiya Mərkəzi Bankı uçot dərəcəsini azaldıb
Rusiya Bankı

Bakı. 16 iyun. REPORT.AZ/ Rusiya Bankı (Mərkəzi Bank) bu gün keçirdiyi növbəti iclasında uçot dərəcəsini 0,25 faiz bəndi azaldaraq 9% səviyyəsində təsdiq edib.

"Report" RİA "Novosti" agentliyinə istinadən xəbər verir ki, analitiklər faiz dərəcəsinin 0,5 faiz bəndi azalacağını ehtimal etsələr də, dünya maliyyə bazarında son zamanlar yaranan qeyri-müəyyən vəziyyət və neft qiymətlərinin düşməsi bankın faizləri 0,25% azaltmasına səbəb olub. Analitiklərin fikrincə, inflyasiya gözləntilərinin dayanıqlı şəkildə azalması Rusiya Bankının bu il uçot dərəcəsini mərhələli olaraq 8,25%-ə qədər azaltmasına səbəb olacaq.

"Report"un analitik qrupu uçot dərəcəsinin azaldılmasının rublun məzənnəsinə ciddi təsir etməyəcəyini proqnozlaşdırır.

Son xəbərlər

Bütün Xəbər Lenti