Rusiya Mərkəzi Bankı beş nəhəng foreks-dilerin lisenziyasını ləğv edib

Rusiya Mərkəzi Bankı beş nəhəng foreks-dilerin lisenziyasını ləğv edib Bakı. 27 dekabr. REPORT.AZ/ Rusiya Mərkəzi Bankı beş nəhəng foreks-dilerin - Forex Club, Fix Trade, Trastforex, Alpari Forex və Teletrade Groupun lisenziyasını ləğv edib.
Maliyyə
27 Dekabr , 2018 15:48
Rusiya Mərkəzi Bankı beş nəhəng foreks-dilerin lisenziyasını ləğv edib
0 : 00
0 : 00

Bakı. 27 dekabr. REPORT.AZ/ Rusiya Mərkəzi Bankı beş nəhəng foreks-dilerin - "Forex Club", "Fix Trade", "Trastforex", "Alpari Forex" və "Teletrade Group"un lisenziyasını ləğv edib.

"Report" xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Bankı məlumat yayıb.

Tənzimləyicinin materiallarında göstərilir ki, belə qərarların qəbulu üçün əsas bir il ərzində qiymətli kağızlar üzrə Rusiya Federasiyasının qanunvericiliyinin dəfələrlə pozulması olub.

Lisenziyalar 2019-cu il yanvarın 27-dən etibarən ləğv edilir.

Həmçinin Mərkəzi Bank bu şirkətlərin nəzarətçilərinin və baş direktorlarının ixtisas sertifikatlarını da ləğv edib.

Bununla Mərkəzi Bank Rusiyanın 9 foreks-dilerindən beşini lisenziyadan məhrum edib. Bazarda hazırda "Alpha Forex", "VTB Forex", "PSB Forex" və "Finam Forex" qalıb.

Son xəbərlər

Orphus sistemi