Rusiya Bankı uçot dərəcəsini 17%-ə endirib

Maliyyə
  • 08 aprel, 2022
  • 09:18
Rusiya Bankı uçot dərəcəsini 17%-ə endirib

Rusiya Bankının (Mərkəzi Bank) Direktorlar Şurası uçot dərəcəsinin 3 faiz bəndi azaldaraq 20%-dən 17%-ə endirilməsi barədə qərar qəbul edib.

“Report” bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.

Qərar aprelin 11-dən qüvvəyə minəcək.

Xatırladaq ki, sonuncu dəfə Rusiya Bankı Ukrayna ilə bağlı baş verənlər fonunda rublun kəskin ucuzlaşmasının qarşısını almaq üçün uçot dərəcəsinin birdən-birə 10,5 faiz bəndi artıraraq 20 %-ə qaldırmışdı.