Rolande Prays: "Dünya Bankı Qara dənizin dibi ilə kabel çəkilişi layihəsinə dəstək göstərir"

Rolande Prays: "Dünya Bankı Qara dənizin dibi ilə kabel çəkilişi layihəsinə dəstək göstərir" Dünya Bankı Qara dənizin dibi ilə çəkiləcək elektrik kabeli layihəsinin texniki-iqtisadi əsaslandırmasının hazırlanmasına dəstək göstərir.
Maliyyə
2 May , 2024 10:11
Rolande Prays: Dünya Bankı Qara dənizin dibi ilə kabel çəkilişi layihəsinə dəstək göstərir

Dünya Bankı Qara dənizin dibi ilə çəkiləcək elektrik kabeli layihəsinin texniki-iqtisadi əsaslandırmasının hazırlanmasına dəstək göstərir.

"Report"un Tbilisiyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bunu Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Rolande Prays deyib.

“Bu proqramın həyat qabiliyyətini qiymətləndirmək üçün texniki, iqtisadi, maliyyə və institusional və hüquqi aspektləri nəzərdən keçirəcək texniki-iqtisadi əsaslandırmanın 2024-cü ilin iyulunda hazır olması gözlənilir”, - o bildirib.

Xatırladaq ki, 2022-ci ilin dekabrında Azərbaycan və Gürcüstandan elektrik enerjisinin Avropaya ötürülməsi üçün kabel xəttinin çəkilməsi haqqında saziş imzalanıb. Bu sənədə Gürcüstan, Azərbaycan, Rumıniya və Macarıstan imza atıb. Layihə Avropa və Cənubi Qafqazda enerji təhlükəsizliyini gücləndirmək, həmçinin bərpa olunan enerji sahəsini inkişaf etdirmək və tranzit imkanlarını artırmaq məqsədi daşıyır.

Son xəbərlər

Orphus sistemi