Reytinq agentliyi "AzRe"nin konsolidasiya edilmiş gəlirlərinin azalmasının səbəblərini açıqlayıb
- 11 dekabr, 2021
- 07:48
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ-ın sığorta sektoruna yönəlmiş “AM Best” beynəlxalq reytinq agentliyi Azərbaycanın “AzRe Təkrarsığorta” ASC-nin Maliyyə Dayanıqlığı Reytinqini "B+" (Yaxşı) və Uzunmüddətli Emitent Kredit Reytinqini “bbb-” (Yaxşı) səviyyəsində təsdiqləyib.
“Rerport” xəbər verir ki, bu barədə reytinq agentliyi məlumat yayıb.
Bundan başqa, reytinq agentliyi “AzRe Təkrarsığorta”nın reytinqlər üzrə proqnozunu “Müsbət”dən “Sabit”ə dəyişib.
Məlumatda həmçinin bildirilir ki, bu kredit reytinqi “AzRe”nin “AM Best”in çox güclü kimi qiymətləndirdiyi balans dayanıqlığı, eləcə də güclü əməliyyat göstəricilərini, məhdud biznes profilini və marjinal müəssisə risk idarətetməsini əks etdirir.
Proqnozun "Müsbət"dən "Ssabit"ə dəyişdirilməsi, 2020-ci ildə "AzRe"nin kapital bazasının həcminin azalması və şirkətin təkrarsığorta portfelinin tərkibindəki son dəyişikliklərdən sonra reytinq əsaslarının yaxın perspektivdə daha yüksək reytinq səviyyəsini dəstəkləyəcəyi ilə bağlı artan qeyri-müəyyənliyi əks etdirir.
"AzRe"nin balansının möhkəmliyi, “Best’s Capital Adekvatlığı nisbəti” ilə ölçülən ən güclü səviyyədə saxlanması gözlənilən konsolidasiya edilmiş riskə uyğunlaşdırılmış kapitallaşmanın, həmçinin aktivlərin növünə görə keyfiyyətli retrosessiya (təkrarsığorta ilə bağlı risklərin ötürülməsi) və konservativ investisiya portfeli ilə dəstəklənir.
Sabitləşdirici amillərə şirkətin istiqraz portfelinin zəif kredit keyfiyyəti və Azərbaycanda yüksək maliyyə sistemi riskinə məruz qalma daxildir.
"AzRe"nin rəsmi dividend siyasəti olmasa da, "AM Best" gələcək mənfəətin saxlanmasının daxili kapital artımını dəstəkləyəcəyini gözləyir ki, bu da şirkətə riskə uyğunlaşdırılmış kapitallaşmanın ən güclü səviyyəsini saxlamağa imkan verəcək.
“AzRe” 5 illik (2016-2020) orta çəkili 21,1 %-lik kapital gəlirliliyinin göstərdiyi kimi, güclü əməliyyat nəticələri əldə edib. Ümumi mənfəət, Azərbaycanın yüksək faiz mühitini əks etdirən güclü investisiya gəlirləri ilə dəstəklənir.
“AzRe”nin texniki rentabelliyi, fərdi qəza hesabında meydana gələn maddi xalis itkilər səbəbi ilə ötən il pisləşsə də, anderraytinq nəticəsi müsbət olaraq qalıb. Şirkət Azərbaycanda beş illik (2016-2020-ci illər) orta 63,8 %-lik qeyri-ömürlük birləşmiş əmsalı ilə dəstəklənən nisbətən aşağı itkilərdən faydalanır.
Bununla belə, perspektiv texniki göstəricilər, böyük itkilərə məruz qalma və Azərbaycanda dəyişən əməliyyat mühiti səbəbindən qeyri-stabil ola bilər.
"AzRe" yerli təkrarsığorta bazarının aparıcı oyunçularından biridir və Azərbaycanın yeganə ixtisaslaşmış təkrarsığortaçısı kimi öz profilindən faydalanır.
Bu il əhəmiyyətli fərdi qəza hesabının yenilənməməsi və qeyri-həyat (birbaşa) sığorta törəmə şirkətinin qrupdan çıxarılması şirkətin konsolidasiya edilmiş sığorta haqqlarından daxil olan gəlirlərinə mənfi təsir göstərib.
Xatırladaq ki, "AzRe Təkrarsığorta" 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 milyon manatdır. Şirkətin səhmləri adları açıqlanmayan 6 fiziki şəxsə məxsusdur. “AzRe Təkrarsığorta” "Qala Sığorta" ASC-nin 100 %-lik, "Qala Həyat Sığorta" ASC-nin isə 90 %-lik səhmdarıdır.