“Rabitəbank”ın yeni səhmdarları bankın səhmlərinin 60%-nə nəzarət edir

Maliyyə
  • 01 mart, 2018
  • 08:43
“Rabitəbank”ın yeni səhmdarları bankın səhmlərinin 60%-nə nəzarət edir

Bakı. 1 mart. REPORT.AZ/ “Rabitəbank” ASC-yə ötən il cəlb edilmiş 2 yeni səhmdar - Rauf Zeynal oğlu Əliyev (“Meqa Sığorta” ASC-nin 19%-lik səhmdarı) və Validə Maarif qızı Abasova hər biri hazırda Bankın səhmlərinin 30%-nə, ümumilikdə 60%-nə nəzarət edir.

“Report” xəbər verir ki, bu, “Rabitəbank”ın nizamnamə kapitalının ötən ay 12 799 987,08 manat və yaxud 14,46% artırılaraq 101 300 056,9 manata çatdırılmasından sonra baş verib.

Bankın səhmlərinin qalan 40%-i isə Zakir Əlibala oğlu Nuriyevə (Müşahidə Şurasının sədri), Aslan Tarqulu oğlu Xasiyevə (Müşahidə Şyrasının üzvü), Seyran Əlibala oğlu Nuriyevə (baş direktor), Dilarə Nəsrəddin qızı Nuriyevaya, Yaşar Feyzi oğlu Qurbanova (“Meqa Sığorta”nın 15%-lik səhmdarı və Direktorlar Şurasının sədri), eləcə də digər fiziki şəxslərə məxsusdur.

Qeyd edək ki, "Rabitəbank" 1993-cü ildə yaradılıb. 

44 filmi