"Qoşqar Kredit İttifaqı"nın lisenziyası ləğv olunub

Maliyyə
  • 01 iyun, 2022
  • 13:59
Qoşqar Kredit İttifaqının lisenziyası ləğv olunub

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə "Qoşqar Kredit İttifaqı" MMC-nin lisenziyası ləğv olunub.

"Report" bu barədə tənzimləyici quruma istinadən xəbər verir.

Məlumata görə, bununla da ölkədə lisenziyası olan kredit ittifaqlarının sayı 42-dən 41-ə düşüb.

Xatırladaq ki, "Qoşqar Kredit İttifaqı" 2005-ci ildə, Gəncə şəhərində yaradılıb. Onun nizamnamə kapitalı 4 000 manatdır.