Qarabağ iqtisadi rayonuna kredit qoyuluşu 21 % artıb

Maliyyə
  • 27 yanvar, 2024
  • 12:31
Qarabağ iqtisadi rayonuna kredit qoyuluşu 21 % artıb

Bu il yanvarın 1-nə Qarabağ iqtisadi rayonuna kredit qoyuluşu 404,983 milyon manat təşkil edib.

“Report” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2023-cü il yanvarın 1-i ilə müqayisədə 20,6 % çoxdur.

Kredit qoyuluşunun 403,622 milyon manatı və ya 99,7 %-i milli valyutanın payına düşüb. Bu, 1 il əvvələ nisbətən 21,1 % çoxdur.

Hesabat tarixinə Qarabağ iqtisadi rayonunda verilən kreditlər üzrə orta faiz dərəcəsi 0,46 faiz bəndi azalaraq 19,27 %-ə enib.

2023-cü il dekabr ayının sonuna bölgəyə verilən kreditlərin 27,398 milyon manatı qısamüddətli, 376,225 milyon manatı uzunmüddətli olub. Bu isə illik müqayisədə müvafiq olaraq 17,7 % və 21,4 % çoxdur.

44 filmi