“Qala Sığorta” ötən ili zərərlə başa vurub

“Qala Sığorta” ötən ili zərərlə başa vurub Bakı. 2 aprel. REPORT.AZ/ “Qala Sığorta” ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 15,05 mln. manat təşkil edib.
Maliyyə
2 Aprel , 2018 09:01
“Qala Sığorta” ötən ili zərərlə başa vurub

Bakı. 2 aprel. REPORT.AZ/ “Qala Sığorta” ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 15,05 mln. manat təşkil edib.

“Report” ASC-nin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 37% çoxdur.

2017-ci ildə “Qala Sığorta”nın cəmi öhdəlikləri 2,5 dəfə artaraq 7,778 mln. manata çatıb, cəmi kapitalı isə 7,8% azalaraq 7,272 mln. manata düşüb.

Ötən il “Qala Sığorta”nın gəlirləri 10,659 mln. manat (əvvəlki ilə nisbətən 77,9% çox), xərcləri isə 11,278 mln. manat (96,5% çox) təşkil edib. Son nəticədə şirkət 2017-ci ili 619 min manat xalis zərərlə başa vurub. Halbuki “Qala Sığorta” 2016-cı ildən 253 min manat xalis mənfəətlə çıxmışdı.

Son xəbərlər

Orphus sistemi