“Qala Sığorta”nın xalis mənfəəti 6 % azalıb

Maliyyə
  • 29 mart, 2024
  • 13:42
“Qala Sığorta”nın xalis mənfəəti 6 % azalıb

“Qala Sığorta” ASC 2023-cü ili 9,893 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 6,4 % azdır.

Ötən il “Qala Sığorta”nın gəlirləri 55,379 milyon manat (əvvəlki ilə nisbətən 30,6 % çox), xərcləri 43,029 milyon manat (48,1 % çox ), mənfəət vergisi ödəmələri isə 2,458 milyon manat (12,1 % az) təşkil edib.

Bu il yanvarın 1-nə “Qala Sığorta”nın aktivləri 69,962 milyon manat olub ki, bu da illik müqayisədə 10,9 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 12,9 % artaraq 43,66 milyon manata, balans kapitalı isə 7,8 % artaraq 26,301 milyon manata çatıb.

Xatırladaq ki, "Qala Sığorta" 1999-cu ildən fəaliyyət göstərən "Çartis Azərbaycan" şirkətinin bazasında yaradılıb. Onun nizamnamə kapitalı 8,944 milyon manatdır.