“Qala Həyat Sığorta”nın yığımları 53% artıb

Maliyyə
  • 14 dekabr, 2016
  • 13:23
“Qala Həyat Sığorta”nın yığımları 53% artıb

Bakı. 14 dekabr. REPORT.AZ/ Bu ilin yanvar-noyabr aylarında “Qala Həyat Sığorta” ASC-nin yığımları 29 672 707 manat təşkil edib. 

Şirkətdən “Report”a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 53,45% çoxdur.

Hesabat dövründə “Qala Həyat Sığorta”nın ödənişləri də artıb. Belə ki, şirkət 11 ay ərzində 21 004 514 manat ödəniş edib. Bu isə 1 il əvvələ nisbətən 23,26% çoxdur.

2016-cı ilin yanvar-noyabr aylarında “Qala Həyat Sığorta” topladığı hər 100 manat sığorta haqqının 70,79 manatını müştərilərinə geri qaytarıb. Bu nisbət 2015-ci ilin yanvar-noyabr aylarında 88,12% olub.

Xatırladaq ki, "Qala Həyat Sığorta" 2008-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 10,01 mln. manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 2 860 manat olan 3 500 səhm əsasında formalaşıb. Səhmlərin 88,57%-i "AzRe Təkrarsığorta" ASC-yə, 11,43%-i isə Nizami Məmməd oğlu Mahmudova məxsusdur.