“Premium Bank”ın aktivləri 1 % azalıb

Maliyyə
  • 15 yanvar, 2024
  • 06:19
“Premium Bank”ın aktivləri 1 % azalıb

“Premium Bank” ASC 2023-cü ili 7,453 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2022-ci ilə nisbətən 36,4 % çoxdur.

Ötən il “Premium Bank”ın gəlirləri 49,621 milyon manat (əvvəlki illə müqayisədə 1,6 % çox), xərcləri 42,12 milyon manat (9,9 % çox), xüsusi ehtiyatlara ayırmaları üzrə qənaəti 2,027 milyon manat (əvvəlki il ehtiyat yaradıb), mənfəət vergisi ödəmələri 2,075 milyon manat (34,7% az) təşkil edib.

Bu il yanvarın 1-nə “Premium Bank”ın aktivləri 685,116 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 1 % azdır. Bunun 462,079 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 8,1 % böyüyüb.

Hesabat dövründə “Premium Bank”ın öhdəlikləri 0,4 % azalaraq 507,823 milyon manata, o cümlədən depozit portfeli 8,5 % azalaraq 426,77 milyon manata, balans kapitalı isə 2,9 % azalaraq 177,293 milyon manata düşüb.

Xatırladaq ki, “Premium Bank” 1993-cü ildə “AZAL Bank” adı ilə yaradılıb, 2008-ci ildə adını “Silk Vey Bank”a dəyişib, 2018-ci ildə isə yenidən rebrendinq edib. Onun nizamnamə kapitalı 154,601 milyon manatdır. Bankın səhmdarları 84,46 % payla Zərifə Həmzəyeva, 15,22 % payla "VIP Aviation Services" MMC və 0,32 % payla Elvira Əhmədovadır.

Son xəbərlər

Bütün Xəbər Lenti