"Plato Capital and Co. İnvestisiya Şirkəti" zərərini azaldıb

Maliyyə
  • 24 may, 2024
  • 08:53
Plato Capital and Co. İnvestisiya Şirkəti zərərini azaldıb

“Plato Capital and Co. İnvestisiya Şirkəti” ASC 2023-ci ili 26 min manat zərərlə başa vurub.

“Report” qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 67,1 % azdır.

Bu il yanvarın 1-nə “Plato Capital and Co."nun aktivləri 402 min manat olub ki, bu da 1 il əvvələ nisbətən 4,7 % azdır. Hesabat dövründə investisiya şirkətinin öhdəlikləri 1,9 % artaraq 213 min manata çatıb, balans kapitalı isə 11,7 % azalaraq 189 min manata düşüb.

Xatırladaq ki, “Plato Capital and Co.” 2002-ci ildə "Texnika Kapital Menecment" adı ilə yaradılıb, 2015-ci ildə adını "Kapital Menecment"ə, 2018-ci ildə "Plato Menecment"ə dəyişib, 2019-cu ildə yenidən rebrendinq edib. Onun nizamnamə kapitalı 816 min manatdır. İnvestisiya şirkətinin səhmdarları 99 % payla "Red Block" MMC və 1 % payla Leyla Hacıyevadır.

Son xəbərlər

Bütün Xəbər Lenti