“PAŞA Həyat” yanvar-avqust ayları üzrə maliyyə göstəricilərini açıqlayıb

Maliyyə
  • 11 sentyabr, 2017
  • 13:45
“PAŞA Həyat” yanvar-avqust ayları üzrə maliyyə göstəricilərini açıqlayıb

Bakı. 11 sentyabr. REPORT.AZ/ “PAŞA Həyat” ASC 2017-cı ilin yanvar-avqust ayları üzrə əsas maliyyə göstəricilərini açıqlayıb. Şirkətdən “Report”a verilən məlumata görə, cari ilin 8 ayında “PAŞA Həyat” tərəfindən ümumilikdə 101,488 mln. manat həcmində sığorta haqqı toplanılıb ki, bu da 2016-ci ilin müvafiq dövrü ilə müqayisədə 45,506 mln.manat və ya 81% çoxdur.

Hesabat dövründə baş vermiş müxtəlif sığorta hadisələrinə görə “PAŞA Həyat” tərəfindən 33,614 mln. manat həcmində ödəniş edilib və bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 19,119 mln. manat və ya 2,3 dəfə çoxdur.

Qeyd edək ki, “PAŞA Həyat” şirkəti 2011-ci ilin fevral ayından fəaliyyət göstərir. Сari il sentyabrın 1-nə şirkətin nizamnamə kapitalı 40,250 mln. manat təşkil edib.

Şirkət müştərilərə müxtəlif həyat sığortası məhsulları, o cümlədən həyatın müddətli sığortası, istehsalatda bədbəxt hadisələrdən icbari sığorta, yığım tərkibli yaşam sığortası, sağalmaz xəstəliklərdən sığorta, “Ailəmin PAŞA Güvənliyi”, “Davamlı Təhsil” adlı fərdi könüllü həyat sığortası məhsulları təklif edir.

44 filmi