“Paşa Bank” aktivlərini 5 mlrd. manata çatdıracaq

Maliyyə
  • 01 may, 2018
  • 06:35
“Paşa Bank” aktivlərini 5 mlrd. manata çatdıracaq

Bakı. 1 may. REPORT.AZ/ "2020-cİ ildə müştərilərin bütün əməliyyatlarının 90%-ni rəqəmsal kanallardan həyata keçirilməsini istəyirik. 10% nağd əməliyyatlar qalacaq".

"Report" xəbər verir ki, bu barədə “Paşa Bank” ASC-nin İdarə Heyətinin sədri Taleh Kazımov bu gün keçirilən mətbuat konfransında məlumat verib.

O həmminin bldirib ki, bank filialların açılmasını davam etdirəcək: "Bu il üçün bir filial hazırdır, lisenziya verilməsini gözləyirik. Filialın birini regionda, birini isə Bakıda açmaq niyyətindəyik. Növbəi illlərdə də filialllar açacağıq. Filiallar müştərilərəməsləhət xidməti göstərəcəklər“. 

Sədrin sözlərinə görə, "Paşa Bank" kiçik və orta sahibkarlıqda (KOS) daha aktiv olmağı planlaşdırır: "Bu sahədə kredit portfelini 2020-ci ilədək 25 mln. manatdan 170 mln. manata qədər artırmaq niyyətimiz var. Bu, 7 dəfə artım deməkdir. Həmçinin 2020-ci ilədək “Paşa Bank”ın ümumi kredit portfelini 1 mlrd. manatdan 2 mlrd. manata qədər artırmaq niyyətindəyik. Həmçinin aktivləri 5,2 mlrd. manata çatdırmağı düşünürük. Bankın 5 min hüquqi şəxs müştəri var. Bu sahədə əməliyyatların sayı 70%, ümumi dövriyyə isə 35% artıb. Fərdi bankçılıqda müştərilərin sayı 33 mindən 104 minə çatıb". 

Qeyd edək ki, 2017-ci ilin konsolidə olunmuş maliyyə hesabatına əsasən, "Paşa Bank"ın aktivləri illik müqayisədə 20% artaraq 4 mlrd. manata çatıb. Bankın Kredit portfeli 21% artaraq 1,4 mlrd. manat, xalis mənfəəti isə 30% artaraq 89 mln. manat təşkil edib.