Pakistan Milli Bankının Bakı filialının zərəri 92 % artıb
- 25 yanvar, 2022
- 14:08
Yeniliklərdən dərhal xəbərdar olun!
Pakistan Milli Bankının Bakı filialı 2021-ci ili 407 min manat zərərlə başa vurub.
“Report” filialın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2020-ci ilə nisbətən 92% çoxdur.
Ötən il Pakistan bankının gəlirləri 300 min manat (əvvəlki illə müqayisədə 49,4% az), xərcləri 719 min manat (12,4% az), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti isə 12 min manat (6 dəfə çox) təşkil edib.
Bu il yanvarın 1-nə Pakistan bankının aktivləri 9,697 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 22,1% azdır. Bunun 582 min manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2021-ci ildə Bakı filialının kredit portfeli 7,8% kiçilib.
Hesabat dövründə Pakistan bankının öhdəlikləri 5,1 dəfə azalaraq 578 min manata, o cümlədən depozit portfeli 5,1 dəfə azalaraq 5742 min manata, balans kapitalı isə 4,3% azalaraq 9,118 milyon manata düşüb.
Xatırladaq ki, Pakistan Milli Bankının Bakı filialı 1996-cı ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 9,42 milyon manatdır.